l

Bölmə Aşpazı (Chef de Partie)

lighthouse Consulting & Training
On-site
Lighthouse Consulting & Training olaraq qonaqpərvərlik sahəsi üzrə fəaliyyət göstərən tərəfdaş şirkət RA9 Group ilə əməkdaşlığımız çərçivəsində Bakı şəhəri Buzovna dənizkənarında yerləşən Glam Beach ailəvi istirahət mərkəzi üçün innovativ, yeniliklərə açıq, gənc ruhlu Bölmə aşpazı (Chef de Partie) axtarışındayıq.🔍
 
Komandamızın bir hissəsi olaraq aşağıdakı iş öhdəliklərini yerinə yetirərək uğurumuza uğur qatacaqsınız:

  • Yeməklər və qida məhsullarının tələb edilən standarta müvafiq olaraq hazırlanmasını təmin etmək üçün təyin edilmiş ərazidə və məntəqədə işləmək və müvafiq işçilərə nəzarət etmək.
  • Təyin edilmiş ərazi və ya məntəqənin hər zaman təmiz və səliqəli saxlanılmasını təmin etmək.
  • İaşə obyektinin yemək xərclərinin büdcə ilə uyğun olmasını təmin etməyə kömək etmək üçün standart reseptlərə riayət etmək və tullantıları minimuma endirmək.
  • Zəruri sayıldıqda, məmulatların hazırlanma və təqdim edilmə qaydalarını işçilərə öyrətmək.
  • Qonaqların kulinariya gözləmələrini qarşılamaq və üstələmək üçün alternativ menyu məmulatları təklif etmək, müştərilərin xüsusi xahişlərini yerinə yetirmək və onlarla qarşılıqlı fəaliyyət göstərmək.
  • Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək.

Bunların öhdəsindən gəlmək üçün aşağıdakılar gərəklidir:

  • Aşpazlıq ixtisası üzrə peşə təhsili olanlara üstünlük verilir
  • Müvafiq vəzifə üzrə otel və ya restoran tipli iaşə müəssisənində ən azı 2-3 il təcrübə
  • Yerli və xarici mətbəxlər üzrə əsas biliklər
  • Çevik iş qrafiklərində işləmək bacarığı
  • Sanitariya-gigiyena normaları üzrə vərdişlər.

Apply now
Share this job